NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Avropada qazın qiyməti 1500 dollardan aşağı düşüb

Hal-hazırda Avropada yeraltı qaz anbarları, demək olar ki, 91% doludur.
Sputnik
BAKI, 10 oktyabr — Sputnik. Hərrac zamanı Avropada qazın qiyməti iyunun 29-dan bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 1500 dollardan aşağı düşüb. Londonun "ICE" birjasının məlumatları bu qənaətə gəlməyə əsas verib.
Günün əvvəlindən qazın qiymətində ümumi azalma 6,5% təşkil edib. Beləliklə, noyabrda çatdırılma ilə fyuçerslərin qiyməti min kubmetr üçün 1468 dollara qədər azalıb.
Hal-hazırda Avropada yeraltı anbarlar, demək olar ki, 91% doludur. Bütün Aİ ölkələri gələn qışa qədər yeraltı qaz anbarlarını ən azı 80%, ilin növbəti soyuq dövrlərində isə 90% doldurmağı öhdəsinə götürüblər.
Bundan əvvəl Almaniya Kansleri Olaf Şolts Almaniyada həyata keçirilən enerji siyasətinə görə oktyabrın 7-də Praqada keçirilən sammitdə digər Aİ ölkələrinin təzyiqinə məruz qaldığını bildirib.
Qeyd olunub ki, tənqidlərə səbəb Almaniya hökumətinin enerji böhranını həll etmək üçün göndərdiyi 200 milyard avroluq "qoruyucu çətir" olub. Xüsusilə Berlində özlərini enerji ilə artıqlaması ilə təmin etmək və nə qiymətə olursa olsun, qaz almaq qərarına gəliblər.