BAKI, 9 oktyabr - Sputnik. Su-24 bombardmançı təyyarəsi Rostov vilayətində qəzaya uğrayıb. Ekipaj katapult etməyə nail olub.
Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
"Oktyabrın 9-da Rostov vilayətində Su-24 təyyarəsi təlim uçuşundan sonra yerə enən zaman qəzaya uğrayıb. Ekipaj katapult edib", - mətbuat xidməti bildirib.
İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq ola bilər. Təyyarə boş əraziyə düşüb, yerdə heç nəyə ziyan dəyməyib. Uçuş sursatsız həyata keçirilib.
Ekipajın axtarış-xilasetmə xidməti tərəfindən baza aerodromuna təxliyə edildiyi, pilotların sağlamlığı üçün hər hansı təhlükənin olmadığı bildirilir.