BAKI, 9 oktyabr - Sputnik. Daxili işlər orqanları əməkdaşları tərəfindən cari ilin 8 ayında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli 7 min 344 fakt aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, bu faktlar üzrə 5 min 309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 160 nəfəri qadındır.
Tədbirlərlə 215 nəfərdən ibarət 81 cinayətkar qrup zərərsizləşdirilərək qeyri-leqal dövriyyədən 2 ton 856 kiloqram narkotik vasitə və 291 kiloqram psixotrop maddə çıxarılıb.