RUSİYA

Qərbin Rusiyanın dağ-mədən sənayesinə zərbəsi dünyanı sarsıdacaq

"Bloomberg"in köşə yazarı Cek Farçi bildirib ki, tədarükə qoyulan qadağa mühüm istehsalçıları qlobal bazardan ayıracaq.
Sputnik
BAKI, 9 oktyabr - Sputnik. London Metal Birjasının (LME) Rusiyada dağ-mədən sənayesinə tətbiq edəcəyi mümkün sanksiyaları dünya sənayesi üçün sarsıdıcı olacaq. Bu barədə "Bloomberg"in köşə yazarı Cek Farçi yazıb.
Nəşrdə qeyd edilib ki, LME-nin qərarları bütün dünyada metalların qiymətinə və ticarətə geniş təsir göstərir.
Müəllifin fikrincə, əgər məhdudlaşdırıcı tədbirlər görülsə, onlar "Rusal" ilə çoxillik böyük müqaviləsi olan İsveçrənin "Glencore Plc." kimi müəssisələr üçün başağrısına çevriləcək.
Həmçinin Farçi bildirib ki, tədarükə qoyulan qadağa mühüm istehsalçıları qlobal bazardan ayıracaq. Hələ qərar qəbul edilməyib, lakin ötən cümə axşamı bu məsələnin müzakirəsi başlayıb.
Xatırladaq ki, Rusiya 24 fevral 2022-ci il, səhər saatlarında Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin bildirib ki, onun məqsədi "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan vətəndaşları qorumaqdır".
Bu yaxınlarda Rusiya nümayəndə heyətinin rəhbəri, bu ölkənin prezident köməkçisi Vladimir Medinski bəyan edib ki, hazırda Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır, danışıqlar prosesinin dondurulmasının təşəbbüskarı Kiyev olub.