RUSİYA

Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək və Astanada MDB liderləri ilə görüşəcək

Putin gələn iş həftəsində MDB və Rusiya-Mərkəzi Asiya liderlərinin sammitlərinin planlaşdırıldığı Astanaya səfər edəcək.
Sputnik
BAKI, 9 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin iş həftəsinə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşlə başlayacaq.
Bu barədə Rusiya1 telekanalı Kreml-ə istinadla məlumat yayıb.
Bildirilib ki, gələn həftə ölkə başçısının enerji forumu və seçilmiş regionların rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.
Bundan əlavə Putin MDB və Rusiya-Mərkəzi Asiya liderlərinin sammitlərinin planlaşdırıldığı Astanaya səfər edəcək.