BAKI, 9 oktyabr - Sputnik. Fox News-un aparıcısı Reyçel Kampos-Daffinin fikrincə, ABŞ prezidenti Co Bayden xarici siyasətdə bir-birinin ardınca səhv edir.
"Əfqanıstandakı uğursuzluq, Çinə sonsuz güzəştlər və indi, əlbəttə ki, Ukraynada təhlükəli münaqişə - Bayden ölkəmizi Çin üçün döşəmə əskisinə və Ukrayna üçün dibsiz pulqabına çevirdi", - teleaparıcı vurğulayıb.
O, Ağ Ev rəhbərinin “nüvə Armageddonunun” qaçılmazlığı ilə bağlı son bəyanatını da xatırladıb. Onun fikrincə, Amerika liderinin sözləri vəziyyətin gərginləşməsindən xəbər verir.
"Prezident administrasiyası bizi Armageddonun qaçılmazlığına inandıracaq hansı təcili kəşfiyyat məlumatı əldə edib?" – deyə Kampos-Daffi soruşur.
Daha əvvəl Bayden Soyuq Müharibə və Karib böhranından sonra ilk dəfə olaraq dünyanın nüvə müharibəsi təhlükəsi ilə üzləşdiyini bildirərək, bunda Rusiyanı günahlandırıb.
Sentyabrda prezident Vladimir Putin rusiyalılara müraciətində Qərbin anti-Rusiya siyasətində bütün sərhədləri keçdiyini vurğulayaraq, Moskvaya qarşı davamlı təhdidləri xatırladıb. Onun sözlərinə görə, nüvə şantajından Qərb istifadə edib. O, Rusiyanın bir sıra komponentlərdə xarici hərbi texnikadan üstün olduğunu Qərbə xatırladıb və nüvə silahı ilə şantaj etməyə çalışanlara xəbərdarlıq edib ki, külək gülü onların xeyrinə ola bilər.