BAKI, 9 oktyabr - Sputnik. Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova vəfat edib.
Bu barədə APA-ya mərhumun ailəsi məlumat verib.
Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziya və Radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.
Onlarla populyar mahnının bəstəkarı olan sənətçi daha çox 1960-cı illərdə Xalq artisti Rəşid Behbudovun ifasında “Anacan, dostum evlənir” mahnısı ilə şöhrət qazanıb.
Əsərləri arasında “Quyu” tamaşasına yazdığı musiqi (1995) və "Qızıl oğlan" musiqili nağılı (1999) xüsusi yer tutur.
Ruhəngiz Qasımova həmçinin hekayələr müəllifi kimi də tanınıb.
Hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub.
Onun “Babamın muzeyi” adlı kitabı var.
Allah rəhmət eləsin!