BAKI, 9 oktyabr - Sputnik. Amerika Birləşmiş Ştatları tezliklə Ukraynaya bəzi silah-sursatları tədarük edə bilməyəcək. Bu barədə "AFP" xəbər agentliyi ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları korpusunun istefada olan polkovniki, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Mark Kansianın açıqlamasına istinadən məlumat yayıb.
Polkovnikin sözlərinə görə, bu ehtiyatların tükənmə səbəbi onların təchiz edilməsindən daha tez bir vaxtda istifadəsi ilə əlaqədardır. Xüsusilə, söhbət "HIMARS" kompleksləri üçün raket ehtiyatlarından gedir.
"Əgər ABŞ tərəfi bu ehtiyatın üçdə birini Ukraynaya göndərsə, Kiyev 8.000-dən 10.000-ə qədər raket əldə edəcək. Bu isə yəqin ki, bir neçə aya kifayət edəcək, lakin ehtiyatlar tükəndikdə, onların əvəzinə yenilərinin verilməsi mümkün olmayacaq", - deyə Kançian bildirib.
O, həmçinin qeyd edib ki, ehtiyatların lazımi səviyyədə bərpası üçün "illər lazım ola bilər".
ABŞ hesab edir ki, Ukrayna kifayət qədər "HIMARS" tipli reaktiv yaylım atəş sistemi əldə edib Avqustda ABŞ Kiyevin 16 "HIMARS" RYAS aldığını açıqlayıb. Böyük Britaniya tərəfidnən daha üç eyni M270 sistemi Kiyevə verilib, üçünün isə Almaniyadan göndərilməsi planlaşdırılır.