DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-ın Suriyadakı hərbi bazası atəşə məruz qalıb

ABŞ ordusu artıq Suriyada ABŞ hərbi bazasının atəşə tutulması faktını araşdırır.
Sputnik
BAKI, 9 oktyabr - Sputnik. ABŞ və Qərb koalisiyasının Suriyadakı hərbi bazası raket atəşinə məruz qalıb. Bu barədə Yaxın Şərq və Şimali Afrika üzrə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM; Pentaqonun strukturudur) rəsmi açıqlamasında deyilir.
Məlum olub ki, ABŞ hərbi bazasına hücum nəticəsində xəsarət alan olmayıb. Hücumun arxasında kimin olduğu hələlik dəqiqləşdirilməyib.
"Raket kompleksin içinə düşməyib. ABŞ və ya müttəfiq qüvvələrində həyatlarını itirənlər və ya xəsarət alanlar olmayıb, nə obyektlərə, nə də avadanlıqlara ziyan dəyməyib", - deyə komandanlığın hadisə ilə bağlı açıqlamasında qeyd olunur. Məlumatda baş verənlərlə bağlı digər təfərrüatlar verilmir.
Eyni zamanda, ABŞ ordusu artıq Suriyada ABŞ hərbi bazasının atəşə tutulması faktını araşdırır.
Xatırladaq ki, 2022-ci ilin martında İraqın Ərbil şəhərində ABŞ Baş Konsulluğunun binası yaxınlığında bir neçə raketin düşdüyü bildirilib. Bu ABŞ diplomatik nümayəndəliyinə planlaşdırılmış hücum olub, hücum atəşi o zaman İran ərazisindən həyata keçirilib. Hücum nəticəsində konsulluq binasına xeyli ziyan dəyib.