BAKI, 8 oktyabr - Sputnik. Rusiya Aerokosmik Qüvvələri ötən gün Zaporojye vilayətində Ukraynaya məxsus MiQ-29 qırıcısını vurub. Bu barədə şənbə günü Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Xarkov vilayətində irəliləyən düşmən ehtiyatlarına qarşı kütləvi zərbələr nəticəsində Ukrayna qoşunlarının 14-cü mexanikləşdirilmiş briqadasının və 19-cu terod-müdafiə batalyonunun 110-dan çox ukraynalı hərbçisi məhv edilib”, - deyə məlumatda bildirilir.
O da qeyd olunur ki, RF Silahlı Qüvvələri Zaporojyedə xarici muzdluların müvəqqəti yerləşdirilməsinə dəqiq zərbə endirməklə 160-dan çox yaraqlını məhv edib.
"HIMARS" RYAS, arxiv şəkli
© AFP 2024 / FADEL SENNA
“Zaporojye, Xerson vilayətləri və Nikolayev şəhərində 4 silah-sursat anbarı məhv edilib. Xarkov vilayətində Ukrayna qoşunlar qrupunun rabitə mərkəzi məhv edilib”, - deyə sənəddə bildirilir.
Bundan əlavə, RF Silahlı Qüvvələri Nikolayev-Krivoy Roq istiqamətində 240-dan çox Ukrayna əsgərini, 12 tankı, 14 zirehli texnikasını, 8 texnikasını və 4 artilleriya qurğusunu məhv edib.
Müdafiə Nazirliyindən o da bildirilib ki, Rusiya hava hücumundan müdafiə sistemləri son sutka ərzində Ukraynaya məxsus HIMARS reaktiv yaylım atəşi sisteminjini 21 mərmisini, bir Toçka-U raketini, həmçinin biri Bayraktar-TB2 də daxil olmaqla 12 pilotsuz uçuş aparatını vurub:
“Cəmi 316 təyyarə, 158 helikopter, 2176 pilotsuz uçuş aparatı, 379 zenit-raket kompleksi, 5494 tank və digər zirehli döyüş texnikası, 866 reaktiv yaylım atəşi döyüş maşını, 3457 səhra artilleriya qurğusu və minaatan, o cümlədən xüsusi təyinatlı hərbi maşınlar” , - deyə Nazirliyin yaydığı məlumatda bildirilir.