RUSİYA

Rusiyalılar “Mir” sistemindəki problemlə bağlı İstanbuldakı Konsulluğa müraciət edirlər

Rusiyanın Türkiyədəki diplomatik nümayəndəliyi “Mir” ödəniş sistemindən istifadənin dayandırılması ilə əlaqədar ölkə vətəndaşlarının problemlə üzləşdiyini açıqlayıb.
Sputnik
BAKI, 8 oktyabr - Sputnik. Rusiya Federasiyasının İstanbuldakı Baş Konsulluğu bu ölkənin vətəndaşlarından Türkiyədə “Mir” ödəniş sistemindən istifadə ilə bağlı problemlərlə bağlı müraciətlər alır. Bu barədə RİA Novosti-yə konsulluqdan məlumat veilib.
“Mir ödəniş sistemindən istifadənin dayandırılması ilə əlaqədar Türkiyədə qalmaqla bağlı yaranan problemlərlə bağlı Baş Konsulluğa ayrıca müraciətlər daxil olur”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.
Problemin həlli yollarının axtarışından danışan Rusiya diplomatik missiyası bəyan edib ki, “miqyası və xüsusiyyətlərinə görə, göstərilən məsələnin həllinin axtarışının müzakirəsi baş konsulluğun və yerli hakimiyyət orqanlarının səlahiyyətlərinə aid deyil”.
Daha əvvəl Bloomberg adı açıqlanmayan yüksək rütbəli türk məmuruna istinadən xəbər vermişdi ki, Türkiyənin dövlət bankları Halkbank, Ziraat Bank və VakıfBank Mir sistemindən istifadəni dayandırmaq qərarına gəliblər.
Agentliyin qənaətinə görə, Türkiyə banklarının bu cür planları “ABŞ-ın ikinci dərəcəli sanksiyalarının ölkələri Moskvadan uzaqlaşmağa məcbur etdiyinə” misaldır. İddia edilib ki, bankların bu qərarı həm də Türkiyənin Rusiya Federasiyasına qarşı sanksiyalarla bağlı mövqeyində dönüş yaradır.