BAKI, 8 oktyabr - Sputnik. Krım körpüsündə yük maşınının partladılması faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi (İK) Telegram kanalında məlumat yayıb.
“Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Krım körpüsündə baş vermiş insidentlə bağlı cinayət işi açıb. İlkin məlumata görə, bu gün səhər saatlarında Taman yarımadası tərəfdən Krım körpüsünün avtomobil hissəsində yük maşını partladılıb, nəticədə Krım yarımadasına doğru hərəkət edən qatarın yeddi yanacaq sisterni alışıb. Nəticədə iki avtomobilin yolu zolağı qismən çöküb", - deyə məlumatda bildirilir.
Həmçinin, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin tapşırığı ilə Rusiya Federasiyası İstintaq Komitəsinin Dövlət Kriminalistika İdarəsinin kriminal ekspertləri hadisə yerinə gedib. İstintaqçılar hadisənin bütün şəraitini və cinayətdə iştirak edən şəxsləri müəyyənləşdirirlər.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Krım körpüsündə fövqəladə vəziyyətlə əlaqədar hökumət komissiyasının yaradılması barədə göstəriş verib. bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov şənbə günü bildirib.
Onun sözlərinə görə, Rusiya Prezident baş nazirə tapşırıb ki, hadisənin səbəblərini aydınlaşdırmaq və nəticələrini tezliklə aradan qaldırmaq üçün hökumət komissiyası formalaşdırsın:
"Onun tərkibinə həmçinin Krasnodar diyarı və Krımın rəhbərləri, Milli Qvardiyanın, FSB və Daxili İşlər Nazirliyinin nümayəndələri daxil olacaq".