RUSİYA

Krım körpüsündə yük maşını partladılıb - Rusiya Milli Antiterror Komitəsi

Hadisə nəticəsində körpü üzərində hərəkətdə olan qatarın yeddi yanacaq sisterni alışıb.
Sputnik
BAKI, 8 oktyabr - Sputnik. Krım körpüsündə yük maşınının partladılması qatarın yeddi yanacaq sisterninin alışmasına səbəb olub. Bu barədə şənbə günü jurnalistlərə Rusiya Federasiyası Milli Antiterror Komitəsinin (MQK) informasiya mərkəzində məlumat verilib.
“Bu gün saat 06:07-də ​​Taman yarımadası tərəfdən Krım körpüsünün avtomobillər üçün nəzərdə tutulmuş hissəsində yük maşını partlayıb və nəticədə Krım yarımadasına doğru hərəkət edən qatardakı 7 yanacaq çəni yanıb. Körpünün iki avtomobil yolu zolağı qismən uçub", - deyə məlumatda bildirilir.
O da bildirilir ki, körpünün gəmilərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsinin üzərindəki tağ zədələnməyib.