BAKI, 8 oktyabr - Sputnik. Krım körpüsünün avtomobil yolu hissəsində avtomobillərin və avtobusların tam texniki baxış proseduru ilə hərəkəti bərpa edilib. Hərəkət Kerçdən Taman istiqamətində hər iki istiqamətdə həyata keçirilir. Müəyyən vaxt ərzində sayı 10 olmaqla avtomobillər buraxılır.
Körpünün girişində olan polis əməkdaşlarının verdiyi məlumata görə, bu, avtomobillərin yoxlanılması üçün zəruridir.
Xatırladaq ki, bu gün səhər saatlarında Taman yarımadası tərəfdən Krım körpüsünün avtomobil yolu hissəsində yük maşını partladılıb, nəticədə Krım yarımadası istiqamətində hərəkət edən qatarın yeddi yanacaq sisterni alışıb.
Körpünün iki avtomobil yolu zolağının qismən çökməsi baş verib. Bundan sonra körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.
Faktla bağlı Rusiya Federasiyasının İstintaq Komitəsində (İK) cinayət işi başlanıb.