RUSİYA

Kiyevin Krım körpüsündəki hadisəyə reaksiyası onun terrorçuluğunu göstərir - Rusiya XİN

Mariya Zaxarova Krım körpüsündə fövqəladə vəziyyətə Kiyevin reaksiyasını şərh edib.
Sputnik
BAKI, 8 oktyabr - Sputnik. Kiyev rejiminin Krım körpüsündə fövqəladə vəziyyətə reaksiyası Ukrayna hökumətinin terror xarakterindən xəbər verir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yazıb.
“Kiyev rejiminin mülki infrastrukturun dağıdılmasına reaksiyası onun terror xarakterindən xəbər verir”, - deyə o bildirib.
Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi Krım körpüsündə dəymiş ziyanı, lazımi həcm və bərpa işlərinin vaxtını qiymətləndirməyə başlayıb.
Xatırladaq ki Rusiyanın Milli Antiterror Komitəsi (MAK) şənbə günü səhər tezdən Krım körpüsündə yük maşınının partlaması nəticəsində qatarın yeddi yanacaq sisterninin yanmasına səbəb olduğunu bildirib. Körpünün iki avtomobil yolu zolağının qismən çökməsi baş verib.
Rusiya prezidenti Vladimir Putin Krım körpüsündə fövqəladə vəziyyətlə əlaqədar hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
Rusiya Federasiyası İstintaq Komitəsində (İK) Krım körpüsündə yük maşınının partladılması faktı ilə bağlı cinayət işi başlanıb.