BAKI, 7 oktyabr — Sputnik. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini oktyabrın 16-dək uzadıb. Bu barədə Rusiya KİV-ləri agentliyə istinadən məlumat yayıb.
Təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb.
Alternativ qismində Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskvada yerləşən hava limanlarından istifadə etmək tövsiyə olunur.
Xatırladaq ki, Rusiyanın cənubunda və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir. Məhdudiyyət sayca 37-ci dəfədir uzadılır.