BAKI, 7 oktyabr — Sputnik. MDB ölkələri arasında qarşılıqlı hesablaşmaların milli valyutalara daha intensiv keçidi onların ticarət dövriyyəsinin artmasına kömək edəcək. Bunu Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxış edərkən bildirib.
Rusiya Prezidenti qeyd edib ki, bu gün MDB Dövlət Başçıları Şurasının gələn həftə Astanada keçiriləcək tam formatlı illik iclasına qədər "saatları sinxronlaşdırmaq" imkanı var.
"Qazaxıstanın sədrliyi öz gündəliyinə siyasət, iqtisadiyyat və humanitar sahədə inteqrasiya əməkdaşlığının həqiqətən mühüm mövzularını təqdim edir. Həmişə olduğu kimi, təsdiqlənmə üçün birgə sənədlər paketi hazırlanır. Təbii ki, bu görüşdə və sammitdə bizAstanada MDB çərçivəsində ticarət və investisiya tərəfdaşlığının daha da inkişafına üstünlük verəcəyik, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması yolu ilə bütün iqtisadiyyatlarımızın sabitliyini artırmaq, texnoloji suverenliyin təmin edilməsi üçün birgə işi necə gücləndirmək barədə düşünəcəyik", - Putin bildirib.
Rusiya lideri bu kontekstdə dövlətlər arasında iqtisadi əməkdaşlığın davamlı olaraq genişləndiyini, ötən il Rusiyanın MDB ölkələri ilə ticarət dövriyyəsinin 30 faizdən çox - 96 milyard dollara qədər artdığını, cari ilin birinci yarısında isə daha 7 % artdığını qeyd edib.
"Əminəm ki, Birlik ölkələri arasında qarşılıqlı hesablaşmalarda milli valyutalara daha sürətli keçid bu cür müsbət tendensiyaları inkişaf etdirəcək. Əslində, biz bunu uzun illərdir ki, istənilən siyasi vəziyyətdə bunu edirik və bu heç bir halda digər amillərlə bağlı deyil", - dövlət başçısı qeyd edib.
Putinin sözlərinə görə, bu, Birlik dövlətlərinin maliyyə suverenliyini gücləndirməyə, daxili kapital bazarlarını inkişaf etdirməyə və regional iqtisadi inteqrasiyanı dərinləşdirməyə kömək edəcək.