AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Oktyabrın 7-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib.
Sputnik
BAKI, 7 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri oktyabrın 7-də başa çatıb.
Daha öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının şərəfinə təşkil olunan qeyri-rəsmi naharda iştirak edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Oktyabrın 7-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.