BAKI, 7 oktyabr - Sputnik. Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə yenidən görüşü olub.
***
Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Aİ Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında Praqada dördtərəfli görüş keçirilib. Bu barədə APA xəbər yayıb.
İlham Əliyev və Nikol Paşinyan sonuncu dəfə avqustun 31-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.
Görüş oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində baş tutub.
Qeyd edək ki, Prezident İlham Əliyevlə N.Paşinyan sonuncu dəfə avqustun 31-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşmüşdülər.