BAKI, 7 oktyabr - Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Rusiyaya gedib.
Sputnik Ermənistan xəbər verir ki, o, Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirakdan sonra Sankt-Peterburqa yola düşüb.
Qeyd edək ki, oktyabrın 6-da Praqada Fransa Prezidenti Makron və Avropa İttifaqı Şurasının rəhbəri Mişelin iştirakı ilə Azərbaycan lideri Əliyev ilə dördtərəfli görüş, həmçinin Türkiyə Prezidenti Ərdoğan ilə ikitərəfli görüş keçirilib.
Azərbaycan lideri də MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün Sankt-Peterburqa gedəcək.
MDB ölkələri liderlərinin sonuncu qeyri-rəsmi görüşü 2021-ci ildə dekabrın 28-də Sankt-Peterburqda keçirilib.