RUSİYA

MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib

Azərbaycanın dövlət başçısı MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
Sputnik
BAKI, 7 oktyabr - Sputnik. Oktyabrın 7-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib. Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
Azərtac-ın xəbərinə görə, Sankt-Peterburq şəhərinin Pulkovo-1 hava limanında dövlətimizin başçısı İlham Əliyevi Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.
MDB ölkələri liderlərinin bundan əvvəlki qeyri-rəsmi görüşü 2021-ci ildə dekabrın 28-də Sankt-Peterburqda keçirilib.