BAKI, 7 oktyabr - Sputnik. Azərbaycan prezidenti İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa gedəcək.
Bu barədə məlumatı Sputnik Ermənistan yayıb.
Bildirilib ki, Ermənistan Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün artıq Rusiyaya gedib.
O, Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirakdan sonra Sankt-Peterburqa yola düşüb. Azərbaycan prezidenti İlham Əliyev də MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün Sankt-Peterburqa gedəcək.
Qeyd edək ki, oktyabrın 6-da Praqada Fransa Prezidenti Makron və Avropa İttifaqı Şurasının rəhbəri Mişelin iştirakı ilə Azərbaycan lideri Əliyev ilə dördtərəfli görüş, həmçinin Türkiyə Prezidenti Ərdoğan ilə ikitərəfli görüş keçirilib.
Görüşdən sonra Yelisey sarayının rəsmi saytında Azərbaycanla Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığına dair bəyanat dərc edilib.
MDB ölkələri liderlərinin sonuncu qeyri-rəsmi görüşü 2021-ci ildə dekabrın 28-də Sankt-Peterburqda keçirilib.