SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib

Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq.
Sputnik
BAKI, 7 oktyabr - Sputnik. Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının (Aİ) mülki missiyasının göndərilməsinə razılıq verib.
Bu barədə Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda qəbul edilmiş bəyanatda deyilir.
Həmçinin qeyd edilir ki, Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq.
SİYASƏT
Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb