BAKI, 7 oktyabr — Sputnik. "Qarşıda bizi Asiya platforması gözləyir. Rusiya Prezidenti Vladimir Putin də həmin toplantıda iştirak edərsə, onunla görüşüb, fikir mübadiləsi aparacağam".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bu gün Putini 70 yaşı münasibətilə təbrik etdim. Həm də hazırkı proseslə bağlı müzakirə apardıq. O, vasitəçiliyimizə görə mənə təşəkkür etdi", - dövlət başçısı bildirib.
Xatırladaq ki, sonuncu dəfə Türkiyə və Rusiya prezidentləri Səmərqənddə görüşüblər.
Rusiya liderinin sözlərinə görə, tərəflər Rusiya qazının Türkiyəyə tədarükünün 25%-ni rublla ödənilməsi barədə razılaşıb və "Akkuyu" AES-in tikintisində yaranan problemləri həll ediblər.