QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Britaniya şirkəti Qarabağda aparılan yenidənqurma işlərində fəal iştirak edir

Adrian Qriffits rəhbərlik etdiyi şirkətin Şuşa və Cəbrayıl şəhərlərinin Baş planlarının hazırlanmasında iştirak etdiyini diqqətə çatdırıb.
Sputnik
BAKI, 7 oktyabr — Sputnik. Böyük Britaniyanın "Chapman Taylor" şirkəti son 18 ay ərzində Qarabağda aparılan yenidənqurma işlərində fəal iştirak edib. Bunu şirkətin Direktorlar Şurasının sədri Adrian Qriffits deyib.
Adrian Qriffits işğaldan azad edilmiş ərazilərdə yerləşən bir neçə rayonda olduğunu bildirib:
"Dünən ilk dəfə Ağdamda oldum. Digər şəhərlərdəki dağıntıların miqyası barədə məlumatlı olduğumdan burada nə gözləyəcəyimi bilirdim. Tamamilə dağıdılmış şəhərlərin mənzərəsi dəhşət doğurur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirak etməkdən qürur duyuruq".
O, rəhbərlik etdiyi şirkətin Şuşa və Cəbrayıl şəhərlərinin Baş planlarının hazırlanmasında iştirak etdiyini diqqətə çatdırıb.