BAKI, 7 oktyabr — Sputnik. Bu gün energetika naziri Pərviz Şahbazov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin dəvəti ilə qonşu ölkənin paytaxtı Tbilisiyə səfər edib.
Bu barədə Energetika Nazirliyi xəbər verir.
Məlumata görə, nazir Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
İki gün davam edəcək səfər zamanı Azərbaycan və Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və yeni imkanlar müzakirə ediləcək.
Xatırladaq ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov İstanbulda keçirilən Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu çərçivəsində Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayla da görüşüb. Bu barədə o, özünün "Twitter" hesabında qeyd edib.
"Ölkələrimiz arasında yüksək səviyyəli enerji əməkdaşlığını Türkiyənin vitse-prezidenti Fuat Oktay ilə də müzakirə etdik. Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının möhkəmləndirilməsi potensialından danışdıq", - deyə nazir əlavə edib.