RUSİYA

Rusiya prezidenti MDB ölkələrinin liderlərinə təşəkkür edib

Rusiya lideri vurğulayıb ki, MDB dövlət başçılarının Rusiyanın şimal paytaxtında bu cür qeyri-rəsmi görüşləri yaxşı ənənəyə çevrilir və sakit, dostluq şəraitində ən aktual məsələlər ətrafında fikir mübadiləsi aparmağa imkan verir.
Sputnik
BAKI, 7 oktyabr — Sputnik. MDB ölkələri arasında münasibətlər əsl strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Dəvəti qəbul edib bu gün Sankt-Peterburqa gəldiyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Hazırkı şəraitə və tarixi səbəblərə görə bizim ən yaxın dostlarımız, müttəfiqlərimiz olan, əsl strateji tərəfdaşlıq münasibətləri qurduğumuz və birgə əməkdaşlıq, mehriban qonşuluq, qarşılıqlı fayda və bir-birinin maraqlarını nəzərə almaq ruhunda əməkdaşlıq qurmağa çalışdığımız dövlətlərin rəhbərlərini burada bu salonda görməkdən çox şadam", - Putin MDB-nin qeyri-rəsmi sammitində deyib.
Putin vurğulayıb ki, MDB dövlət başçılarının Rusiyanın şimal paytaxtında bu cür qeyri-rəsmi görüşləri yaxşı ənənəyə çevrilir və sakit, dostluq şəraitində ən aktual məsələlər ətrafında fikir mübadiləsi aparmağa imkan verir.
MDB sammiti ilk dəfə deyil ki, qeyri-rəsmi şəraitdə keçirilir. Son görüş 2021-ci ildə və Sankt-Peterburqda keçirilib. Sonra Putin həmkarlarını Yeni il qabağı - dekabrın 28-də şimal paytaxtına dəvət edib.
RUSİYA
Putin milli valyutalarla bağlı çağırış edib