AZƏRBAYCAN XƏBƏRLƏRİ

ABŞ rəsmisi Edillidəki kütləvi məzarlıq barədə: Günahkarlar məsuliyyətə cəlb edilməlidir

ABŞ həqiqəti və barışığı sürətləndirmək üçün beynəlxalq səyləri dəstəkləməyə davam edir.
Sputnik
BAKI, 7 oktyabr — Sputnik. Qarabağ müharibəsi zamanı hərbi cinayətlərdə günahkar olanların hamısı məsuliyyətə cəlb edilməlidir. Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlığın tapılmasını şərh edərkən bildirib.
"Biz bu çoxillik münaqişə zamanı insanların həlak olmasından sarsılmışıq və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu münaqişə zamanı bir çox ailə yaxınlarını itirib", - deyə Patel bildirib.
Onun sözlərinə görə, sülhə nail olmaq üçün məsuliyyət lazımdır.
Ölkəmizdə akkreditə olunan hərbi attaşelər Edilli kəndindəki kütləvi məzarlığa səfər edib
Dövlət Departamentinin rəsmisi ABŞ-ın həqiqəti və barışığı sürətləndirmək üçün beynəlxalq səyləri dəstəkləməkdə davam etdiyini vurğulayıb. O hesab edir ki, bu proseslər Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi ilə paralel gedə bilər.
Ölkəmizdə akkreditə olunan hərbi attaşelər Edilli kəndindəki kütləvi məzarlığa səfər edib
Xatırladaq ki, bundan əvvəl Xocavənd rayonunun Edilli kəndində 1990-cı illərin əvvəllərinə aid yeni kütləvi məzarlığın aşkar olunduğu bildirilib. Fevral ayında burada 25 cəsədin olduğu kütləvi məzarlıq aşkar edilib. Həmin şəxslərin sağlığında işgəncələrə məruz qaldıqları müəyyən edilib. Qeyd edək ki, birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlı haqqında hələ də məlumat yoxdur.