İQTİSADİYYAT

Sentyabrda 13 nəfər Dövlət Gömrük Komitəsinə telefonla şikayət edib

Müraciətlərin cavablandırılması üçün Komitə əməkdaşları ümumilikdə 292 saat 20 dəqiqə 20 saniyə vaxt sərf ediblər. Hər bir müraciətçi üçün sərf edilən orta danışıq müddəti 2 dəqiqə 7 saniyə olub
Sputnik
BAKI, 6 oktyabr — Sputnik. Bu ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) 195/6 Çağrı Mərkəzinə 8192 müraciət daxil olub ki, bunun da 13-ü şikayət xarakterli olub. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, müraciətlərin cavablandırılması üçün Komitə əməkdaşları ümumilikdə 292 saat 20 dəqiqə 20 saniyə vaxt sərf ediblər. Hər bir müraciətçi üçün sərf edilən orta danışıq müddəti 2 dəqiqə 7 saniyə olub.