RUSİYA

Qərb Rusiyanın sanksiyalara uyğunlaşdığını başa düşə bilmir - Medvedev

Təhlükəsizlik Şurasının sədr müavini Aİ-nin Rusiyaya qarşı sanksiyalarını cəhənnəm dairələri ilə müqayisə edib.
Sputnik
BAKI, 6 oktyabr - Sputnik. "Qərb ölkələri hələ də başa düşmürlər ki, Rusiya iqtisadiyyatı sanksiyalara uyğunlaşıb və həyat qabiliyyəti nümayiş etdirir". Bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb.
“Xüsusi hərbi əməliyyatın əvvəlindən Qərb çoxlüləli reaktiv yaylım atəşi sanksiyalarından ölkəmizi ardıcıl olaraq atəşə tutmağa başladı. Bizim axmaq rəqiblərimiz sadə bir şeyi başa düşə bilmirlər: Rusiya çoxdan məhdudiyyətlər şəraitində yaşayıb və sürətlə dəyişən şəraitə uyğunlaşmağı yaxşı öyrənib", - deyə medvedev bildirib.
Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı kifayət qədər layiqli hayatda qalmaq qabiliyyəti nümayiş etdirir.
Dmitri Medvedev Avropa ittifaqının (Aİ) sanksiyalarını cəhənnəm dairələri ilə müqayisə edərək "təyin edilmiş günahkar" üçün dairələri dolandırmağın boş bir iş olduğu üçün daha da qəzəbli şəkildə oynamağı tövsiyə edib.
"Cəhənnəm sanksiyaları" səkkizinci tura keçdi. Bildiyiniz kimi, cəhənnəmdə doqquz dairə var. Deməli, hələ də ehtiyatlar var. Qoy düşmənlərimiz qəzəblənsin. Axı çoxdan bəllidir ki, “təyin edilmiş günahkar”a o qədər də ziyan vurmadan bu dairələri fırlatmaq boş və bahalı işdir", - deyə Medvedev Telegram kanalında yazıb.