BAKI, 6 oktyabr — Sputnik. Moskva diplomatik kanallar vasitəsilə, hələ ki, onun "Şimal axını"ndakı terror aktlarının araşdırılmasına cəlb edilməsinin planlaşdırılmaması barədə məlumat alıb. Bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Şimal axın"larında terror aktlarının araşdırılması
"Biz həçmçinin diplomatik kanallar vasitəsilə öz fikrimizi çatdırdıq ki, indiyə qədər belə bir mövqe bizim dərin təəssüfümüzə səbəb olur və biz Rusiya tərəfinin iştirakı olmadan obyektiv araşdırmaların aparılmasını mümkün hesab etmirik", - deyə Peskov vurğulayıb.
Hücumlar sentyabrın 26-da Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını-2"də baş verib. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz boru kəmərlərində fövqəladə vəziyyətin misli görünməmiş hadisə olduğunu və təmirin vaxtını dəqiq deməyin mümkün olmadığını bildirib.
Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz boru kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı işin başlanmasına təşəbbüs göstərib. Danimarkanın xarici işlər naziri Yeppe Kofod hökumətin Rusiyanın baş vermiş təxribatın araşdırılmasında və məsuliyyət daşıyanların müəyyən edilməsində iştirakından imtina etməkdə qərarlı olduğunu qeyd edib.
Qərbin OPEC-ə dağıdıcı təsir göstərmək cəhdləri
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, bir sıra Aİ ölkələri və ABŞ öz absurd qərarları ilə OPEC-ə dağıdıcı təsir göstərməyə çalışırlar.
"Bu vəziyyətdə söhbət hansısa konkret ölkə ilə həmrəylikdən getmir. Hər kəs bazarların sabit olmasından maraqlıdır və təbii ki, bir çox ölkələr hazırda Avropa İttifaqında nəzərdən keçirilən, ABŞ-ın qiymət hədlərinin tətbiqi ilə bağlı təhrik etdiyi, enerji bazarlarının gələcək üfüqlərinə çox dağıdıcı təsir göstərə və demək olar ki, bütün dövlətlərə zərər verə biləcək kəskin qərarların absurdluğunu başa düşürlər", - deyə Peskov qeyd edib.
O, həmçinin OPEC+-ı qlobal enerji bazarlarında sabitləşmənin tərəfdarı olan məsuliyyətli təşkilat adlandırıb.
"OPEC və OPEC + formatı dünya enerji bazarlarında sabitliyə cavabdeh olan çox məsuliyyətli bir qurum kimi dəfələrlə özünü təsdiqləyən bir strukturdur. Buna görə də, əlbəttə ki, qəbul edilən qərarlar məhz neft bazarının sabitləşməsinə yönəldilib", - deyə Peskov bildirib.
MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü
Rusiya Federasiyası prezidentinin mətbuat katibi bildirib ki, oktyabrın 7-də Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
"Sabah prezident (Rusiya Federasiyasının prezidenti Vladimir Putin - red.) Sankt-Peterburqda işləyəcək... bir sıra beynəlxalq telefon danışıqları planlaşdırılıb, sizə bu barədə məlumat verəcəyik. Eləcə də günün ortalarında prezidentin MDB üzvü olan ölkələrin dövlət başçıları ilə qeyri-rəsmi görüşü nəzərdə tutulub", - deyə Peskov deyib.
Peskovun sözlərinə görə, görüş Konstantinovski sarayında keçiriləcək.
Rusiya dövlət başçısının mətbuat katibi bunu növbəti həftə planlaşdırılan MDB sammitinə hazırlıq kontekstində çox mühüm hadisə adlandırıb.