BAKI, 6 oktyabr — Sputnik. Bu il ədəbiyyat üzrə Nobel mükafatının qalibi fransalı yazıçı Anni Erno olub. Məlumatı Nobel Komitəsi yayıb.
Qeyd edilib ki, qalibin elan olunma mərasimi İsveçin paytaxtı Stokholm şəhərində yerləşən Kral Elmlər Akademiyasında keçirilib.
Anni Erno kimdir?
Anni Erno 1940-cı il sentyabrın 1-də Fransanın Lilbon şəhərində anadan olub. O, Ruan Universitetini bitirdikdən sonra orta məıktəbdə ədəbiyyat fənnini tədris edib.
Anni Ernonun "Les Armoires vides" ("Boş rəflər") adlı ilk romanı 1974-cü ildə işıq üzü görüb.
Nobel Mükafatı nə vaxt yaranıb?
Nobel Mükafatı ilk dəfə ilk Alfred Nobelin vəsiyyətnaməsi ilə 27 noyabr 1895-ci il tarixli və 30 dekabr 1896 tarixində Stokholmda yaradılıb. İlk Nobel Mükafatları 1901-ci il tarixində verilməyə başlanmışdır. Nobel mükafatının məbləği təxminən $1,4 mln.-a bərabərdir.