BAKI, 6 oktyabr — Sputnik. Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko G20 parlament sammitində ukraynalı həmkarlarına müraciət edərək, onları dərhal bu gün danışıqlar masasına əyləşməyə çağırıb.
"Gəlin bu gün "İyirmilik" parlament platformasında, Rusiya və Ukrayna parlamentləri olaraq danışıqlar masası arxasına əyləşək", - deyə Matviyenko vurğulayıb.
Rusiya parlamentinin yuxarı palatasının spikeri vurğulayıb ki, Moskva Ukrayna böhranının sülh yolu ilə həllinin tərəfdarıdır və bu mövqe hələ İstanbuldakı danışıqlar zamanı nümayiş etdirildi, Kiyev razılaşmalardan imtina etdi.
Matviyenkonun fikrincə, Ukraynanın sülh yolu ilə həldən imtina etməsi Kiyev rejiminin təsiri altında olan xarici qüvvələrin təzyiqi ilə bağlı olub.
Bir müddət əvvəl Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskva ilə danışıqlardan imtina etmək qərarını şərh edib.
Rusiya liderinin mətbuat katibi qeyd edib ki, Rusiya hər zaman vəziyyətin sülh yolu ilə həllinə tərəfdardır və danışıqların bərpası üçün hazırkı Ukrayna liderinin mövqeyinin dəyişməsini və ya onun varisinin gəlişini gözləməyə hazırdır.
Xatırladaq ki, Dmitri Peskov Moskvanın Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması üzrə Kiyevlə danışıqları bərpa etməkdə maraqlı olduğunu, hazırda bunun üçün heç bir ilkin şərtin olmadığını bildirib.