PAYTAXT XƏBƏRLƏRİ

Bakı Dəmir Yolu Vağzalında etiraz

Səlahiyyətli şəxslər tez bir vaxtda yeni qatarların reysə buraxılacağına, şikayətlərin rəhbərliyə çatdırılacağına söz veriblər.
Sputnik
BAKI, 6 oktyabr — Sputnik. Sumqayıt-Xırdalan-Bakı qatarının sərnişinləri narazıdırlar.
Sputnik Azərbaycan Modern.az-a istinadən xəbər verir ki, Bakı Dəmir Yolu Vağzalında toplaşan sərnişinlər qatarda sıxlığın olması və havalandırma sisteminin işləməməsinə etiraz ediblər.
Bildirilib ki, elektrik qatarı ilə gündəlik işə gedib-gəlmək xeyli çətinləşib. Qatarların sayının azlığından şikayət edən vətəndaşlar problemin tezliklə həll olunmasını tələb ediblər. Səlahiyyətli şəxslər tez bir vaxtda yeni qatarların reysə buraxılacağına, şikayətlərin rəhbərliyə çatdırılacağına söz veriblər.
Qeyd edək ki, bu gün Bakı Dəmir Yolu Vağzalında sərnişinin səhhətində problem yaranıb. Buna səbəb kimi sıxlığın olması göstərilib.