TƏHSİL

Nazir 150 min müəllimin nömrəsinə mesaj göndərdi

Emin Əmrullayev müəllimlərə bu şərəfli və məsuliyyətli işdə uğurlar diləyib.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayevin adından 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə 150 mindən çox müəllimimizin əlaqə nömrəsinə təbrik mesajı göndərilib. Sputnik Azərbaycan həmin təbrik mesajının mətnini təqdim edir:
"Dəyərli Azərbaycan müəllimi!
Övladlarımızın işıqlı gələcəyi naminə fədakar əməyinizə görə Sizə təşəkkür edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram.
Beynəlxalq Müəllimlər Gününüz mübarək!".
Telefon
Qeyd edək ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.
1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilibdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir.
Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutubdur.