BAKI, 5 oktyabr — Sputnik. "Media haqqında" qanuna əsasən, çap və onlayn KİV media reyestrinə daxil olmaq üçün işə başlamazdan bir həftə əvvəl müraciət etməlidir.
Qanunun 78.3-cü maddəsinə əsasən, bu qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap və onlayn KİV media reyestrinin formalaşdığı gündən 6 ay müddətində Agentliyə müraciət etməlidir.
Beləliklə, hazırda fəaliyyət göstərən media qurumlarının reyestrə daxil edilməsi ilə əlaqədar müraciət etmək üçün altı ay vaxtı olacaq. Eyni zamanda, jurnalistlərin media reyestrinə daxil edilməməsinin səbəbləri də açıqlanıb.
Media reyestrinin yaradılmasının məqsədləri və onun tətbiqinin praktikada necə həyata keçiriləcəyi barədə AzTV-nin Televiziya və Radio Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri Almaz Mahmud oktyabrın 7-də saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində məlumat verəcək.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
https://www.facebook.com/SputnikAze/
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.