RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Matviyenko hesab edir ki, NATO Rusiyanı "ukraynalıların əli ilə" zəiflətmək istəyir

Bir müddət əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi ölkəsinin hazırda NATO bloku ilə qarşı-qarşıya olduğunu dilə gətirib.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. "Şimali Atlantika Alyansı "ukraynalıların əli ilə" Rusiyanı zəiflətmək və onu özünə tabe etmək istəyir". Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko İndoneziyada keçirilən G20 Parlament Sədrlərinin Sammitində iştirak etmək üçün səfəri zamanı Namibiya Milli Şurasının sədri Lukas Sinimbo Muha ilə işgüzar görüşündə deyib.
"NATO ukraynalıların əli ilə Rusiyanı zəiflətmək, Ukraynanı tamamilə tabe etdikləri kimi bizi də özünə tabe etmək istəyir, lakin biz, əlbəttə ki, buna heç vaxt imkan verməyəcəyik. Biz öz təhlükəsizliyimizi təmin etməyə və günahsız insanların həyatını xilas etməyə qadirik", - deyə Federasiya Şurasının spikeri bildirib.
Danışıqlar zamanı Matviyenko Namibiya Milli Şurasının sədrinə Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının keçirilməsinin səbəbləri və bu yaxınlarda "Donetsk və Luqansk xalq respublikaları", həmçinin Zaporojye və Xerson vilayətlərində keçirilən referendumlar barədə məlumat verib.
Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Rusiya hazırda NATO bloku ilə qarşı-qarşıyadır.
Onun sözlərinə görə, bu blok "hərbi əməliyyatların planlaşdırılmasında iştirak edir, onları kütləvi qırğın silahlarından istifadə etməklə şantaj da edir".