Mətbuat mərkəzi

Ərdoğan və Paşinyan arasında baş tutacaq görüşdən nə gözləmək olar

Bu görüşün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə də birbaşa təsir edəcəyi gözlənilir.
Sputnik
Münasibətlərin normallaşması prosesinin bərpa olunduğu gündən etibarən oktyabrın 6-da Praqada Ermənistan və Türkiyə liderləri arasında ilk görüş keçiriləcək.
Azərbaycan da bu hadisəni və onun nəticələrini diqqətlə izləyir, çünki bu görüşün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə də birbaşa təsir edəcəyi gözlənilir.
Ərdoğan və Paşinyan arasında baş tutacaq görüş ilə bağlı Azərbaycanda hansı gözləntilərin olması barədə "Aktor" İctimai və Sosial Tədqiqatlar Birliyinin sədr müavini, siyasi analitik Telman İsa oktyabrın 7-də saat 14:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində məlumat verəcək.
Tədbir Sputnik Azərbaycan-ın sosial şəbəkə səhifəsində canlı yayımlanacaq.
https://www.facebook.com/SputnikAze/
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.