Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Azərbaycan Prezidenti Praqada Ermənistanın Baş naziri ilə görüşəcək

Dördtərəfli görüş sabah Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək.
Sputnik
BAKI, 5 oktyabr - Sputnik. Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçiriləcək.
Bu barədə Paşinyan parlamentdə “Hökumət saatı”nda bildirib.
"Mən Praqaya gedirəm, orada Avropa Siyasi Birliyinin sammitində iştirak edəcəyəm. Azərbaycan, Fransa və Avropa Şurası prezidentlərinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək. Türkiyə prezidenti ilə də görüş planlaşdırılır, biz bu ehtimalı açıqlamışdıq", - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, bu görüşlər Ermənistan hakimiyyətinin sülh gündəliyi çərçivəsindədir. Paşinyan bundan sonra Sankt-Peterburqa gedəcəyini və orada MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcəyini də bildirib.
Dördtərəfli görüş sabah Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək.
Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək.
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin sonuncu görüşü bu ilin avqustun 31-də Brüsseldə baş tutub. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
Ötən gün ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.
Mətbuat mərkəzi
Ərdoğan və Paşinyan arasında baş tutacaq görüşdən nə gözləmək olar