BAKI, 5 oktyabr — Sputnik. Yaponiyanın avtomobil istehsalçısı “İsuzu Motors” hələ də Rusiyada fəaliyyətini davam etdirmək imkanını nəzərdən keçirir.
Bu barədə Rusiya mediası xəbər verib.
Şirkət müxtəlif fəaliyyət variantlarını, o cümlədən Rusiya Federasiyasını tərk etməyi nəzərdən keçirir. Hələlik yekun qərar yoxdur.
Ulyanovskda yerləşən və mart ayında fəaliyyətini dayandıran Rusiya zavodu fəaliyyətini bərpa etmək çətin olduğu üçün bağlana bilər. Söhbət komponentlərin tədarükü ilə bağlı problemlərdən və müəssisənin istehsal sisteminə yenidən baxılmasının zəruriliyindən gedir.
Bu yaxınlarda bildirilib ki, Yapon avtomobil istehsalçısı “Hino Motors” Rusiyada zavodun tikilməsindən imtina edib, buna tikinti cədvəlindəki gecikmələr və vergi problemləri səbəb olub. Qeyd olunub ki, bu, Ukrayna ətrafındakı vəziyyətlə birbaşa bağlı deyil.