AZƏRBAYCAN XƏBƏRLƏRİ

Son üç ayda Azərbaycanda 76 nəfəri ilan sancıb

Kliniki Tibbi Mərkəzdən bildirib ki, ilan sancmasına görə müraciət edənlərdən yeddisinin vəziyyəti ağır olub.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. İlan sancması ilə bağlı son üç ayda (yay aylarında) Kliniki Tibbi Mərkəzə 76 nəfər müraciət edib.
KTM-dən verilən məlumata görə, onlardan yeddisinin vəziyyəti kəskin ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilib. Bildirilib ki, eyni zamanda bir nəfərin müalicəsi isə hələ də davam etdirilir:
"Müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb. Həmçinin, bu müddət ərzində on bir nəfər həşərat sancması diaqnozu ilə Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Bu hal üzrə də ölüm qeydə alınmayıb. Havaların soyuması ilə əlaqədar olaraq, artıq bu kimi müraciətlərin sayında azalma müşahidə edilir". (Report)
Xatırladaq ki, aprel-iyun aylarının statistikasına görə, həmin dövrdə 46 nəfəri ilan sancıb. Onlardan 12 nəfərində ilan sancma kəskin-ağır formada olub. İlansancanların 6 nəfəri azyaşlı olub.