RUSİYA

NASA Rusiya Federasiyasında işçilərinin sayını azaltmayıb

NASA-nın, həmçinin, Uçuşlara Nəzarət Mərkəzində də işçiləri var.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. ABŞ Dövlət Departamentinin amerikalılara Rusiya Federasiyasının ərazisini tərk etmələri ilə bağlı tövsiyələrinə baxmayaraq, NASA Rusiyadakı işçilərini ixtisar etməyib.
TASS agentliyi xəbər verir ki, bu barədə Amerika Beynəlxalq Kosmik Stansiya proqramının rəhbəri Coel Montalbano bildirib.
Onun sözlərinə görə, şöbə Moskva və "Ulduz Şəhərciyi"ndə tam heyət saxlayır. NASA-nın, həmçinin, Uçuşlara Nəzarət Mərkəzində də işçiləri var.
Montalbano vurğulayıb ki, hazırda Rusiya ilə ABŞ arasında əməkdaşlıq həmişəki kimi həyata keçirilir.
Daha əvvəl "Roskosmos"un baş direktoru Yuri Borisov bildirmişdi ki, Rusiya tərəfinin 2028-ci ilə qədər Beynəlxalq Kosmik Stansiya layihəsində iştirak etmək ehtimalı yüksəkdir.