BAKI, 4 oktyabr — Sputnik. 2024-cü ildən etibarən magistratura səviyyəsinə qəbul imtahanlarında xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, mövcud imtahan modeli bakalavrların xarici dil üzrə eşidib-anlama, oxuyub-anlama, qrammatik və leksik dil biliklərini yoxlayan test tapşırıqlarını özündə ehtiva edir (Apa).
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistratura pilləsi üçün mayın 29-da imtahanlar keçirilib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 14 843 bakalavrdan 203 nəfəri imtahana gəlməkdən imtina edib.