AZƏRBAYCAN XƏBƏRLƏRİ

Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var

Əməliyyat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəranda əməliyyat apardı, saxlanılanlar var.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatlar zamanı saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.
Əməliyyat zamanı onunla yanaşı İH-nin bir neçə nəfər vəzifəli şəxsi də saxlanılıb (APA).
***
Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib. Əməliyyat zamanı saxlanılanlar olub. Əməliyyat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat yayımlanacaq.
Qeyd edək ki, bir müddət öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Sabirabad rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat zamanı Sabirabad rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin müdiri-baş memarı Qasımov Müşviq Vidadi oğlu oğlu saxlanılıb.