BAKI, 4 oktyabr — Sputnik. Rusiya tərəfi üçün "DXR", "LXR", Zaporojye və Xerson vilayətlərində keçirilən referendumların Qərb dövlətləri tərəfindən tanınması prinsipial deyil. Bu barədə "RİA Novosti" Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə istinadən məlumat yayıb.
"Əlbəttə, bütün dünya ölkələrinin qaçılmaz olan yeni reallığı dərk etməsi daha düzgün olardı", - deyə nazir bildirib.
O, bir çox sənədləri, o cümlədən xalqların bərabər hüquqlu və öz müqəddəratını təyinetmə prinsipini təsbit edən BMT Nizamnaməsi barədə də xatırladıb.
Bundan əvvəl KXDR Xarici İşlər Nazirliyi yeni regionların Rusiyaya daxil olmasını dəstəkləyib və onların sakinlərinin iradəsinə hörmətlə yanaşdığını bəyan edib. Nazirlik, həmçinin, ABŞ-ın səslərin tanınmaması ilə bağlı qətnamə təqdim etməklə müstəqil dövlətlərin daxili işlərinə qarışdığı barədə fikir bildirib.