BAKI, 4 oktyabr — Sputnik. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevin Moskva ilə danışıqlardan imtina etməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Kremlin sözçüsü bildirib ki, Ukrayna ilə danışıqlar üçün ölkənin hazırkı Prezidenti Vladimir Zelenskinin və ya onun varisinin mövqeyinin dəyişməsini gözləmək lazım olacaq.
Bundan əvvəl Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarının icrası ilə bağlı fərman imzalayıb.
"Yaxşı, indi nə demək olar? Biz hazırda ya indiki prezidentin mövqeyinin dəyişməsini, ya da Ukrayna xalqının maraqları naminə mövqelərini dəyişəcək Ukraynanın gələcək prezidentini gözləyəcəyik", - deyə "RİA Novosti" Peskovun sözlərini yazır.