AZƏRBAYCAN XƏBƏRLƏRİ

Havada toz dumanı müşahidə edilir

Sinoptik vəziyyətə və eyni zamanda toz proqnoz modellərinə əsasən tozlu hava şəraiti transsərhəd xarakterlidir və gün ərzində davam edəcək.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib ki, dispers toz hissəcikləri Xətai rayonunda 1,5 dəfə, Nizami rayonunda isə 2,4 dəfə normadan yüksək qeydə alınıb:
"Sinoptik vəziyyətə və eyni zamanda toz proqnoz modellərinə əsasən tozlu hava şəraiti transsərhəd xarakterlidir və gün ərzində davam edəcək".
Qeyd edək ki, sentyabrın 18-də də bənzər hal müşahidə olunub. Həmin tarixdə dispers toz hissəcikləri Nizami rayonunda 1.2, Səbail rayonunda normadan 1.1 dəfə yüksək qeydə alınıb. (Apa)