CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistanın son təxribatında şəhid olanların ailə üzvləri müəyyən edilir

Qısa müddət ərzində müavinətlərə, sosial yardımlara hüququ yaranan şəhid ailə üzvlərinin müəyyən olunması işlərinə başlanılıb.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. 13-14 sentyabr tarixlərində Ermənistanın təxribatı nəticəsində şəhid olanlarına ailə üzvlərinə, eyni zamanda, əlilliyi müəyyən olunmuş şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən baş çəkilib. DSMF tərəfindən qısa müddət ərzində onların müavinətlərə, sosial yardımlara hüququ yaranan ailə üzvlərinin müəyyən olunması işlərinə başlanıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib.
O bildirib ki, onların sənədlərinin toplanması DSMF-nin əməkdaşları tərəfindən həyata keçirilir:
“Onlara toplanan sənədlər əsasında ödənişlər praktik qaydada həyata keçirilir”. (Apa)
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 80 hərbi qulluqçusu şəhid olub.