FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Ermənilərin Edillidə törətdiyi qanlı cinayətin müdhiş izləri - kütləvi məzarlıq fotolarda

Sputnik Azərbaycanın əməkdaşları bu gün Xocavənd rayonunun Edilli kəndində olublar və yeni aşkarlanan kütləvi məzarlığa baş çəkiblər. Buradakı mənzərəyə Sputnik Azərbaycan-ın fotomüxbirinin hazırladığı fotolentdən baxa bilərsiz.
Sputnik
Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Bu, Xocavənd rayonunun Edilli kəndində artıq üçüncü məzarlıqdır ki, aşkar olunur. İndiyədək burada 25 nəfərin qalıqları aşkarlanıb.
Əşyalarla birlikdə aşkarlanan skeletlərin hərbçilərə aid olduğu güman edilir. Çünki onların əyinlərində hərbçi forması olub. Bundan başqa, kütləvi məzarlığa gömülmüş şəxslərin əl-ayaqlarının məftil və kəndirlə bağlandığı müəyyən edilib.
1 / 12

Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.

2 / 12

Bu, Xocavənd rayonunun Edilli kəndində artıq üçüncü məzarlıqdır ki, aşkar olunur.

3 / 12

Məşhu jurnalist Rza Deqqati Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda.

4 / 12

KİV nümayəndələri Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda.

5 / 12

Əşyalarla birlikdə aşkarlanan skeletlərin hərbçilərə aid olduğu güman edilir. Çünki onların əyinlərində hərbçi forması olub.

6 / 12

Çünki onların əyinlərində hərbçi forması olub.

7 / 12

Bundan başqa, kütləvi məzarlığa gömülmüş şəxslərin əl-ayaqlarının məftil və kəndirlə bağlandığı müəyyən edilib.

8 / 12

Məzarlıq Azərbaycan Respublikasi Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı ifadə və materiallar əsasında müəyyən edilib.

9 / 12

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova Edillidə kütləvi məzarlıqlarla bağlı üç sahənin aşkarlandığını qeyd edib.

10 / 12
Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıq aşkar edilib.
11 / 12

Skelet sümükləri qablaşdırılaraq Hərbi Prokurorluğun qərarları ilə birlikdə müayinə üçün məhkəmə-tibbi kriminalistika şöbəsinə göndəriləcək.

12 / 12

Aşkar olunan skeletlərin belində kəmərlər var.

Müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirib.
Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb.
Bu barədə Sputnik Azərbaycan-ın hadisə yerində olan müxbiri məlumat verib. Qeyd olunur ki, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.
Əşyalarla birlikdə aşkarlanan skeletlərin hərbçilərə aid olduğu güman edilir. Çünki onların əyinlərində hərbçi forması olub. Bundan başqa, kütləvi məzarlığa gömülmüş şəxslərin əl-ayaqlarının məftil və kəndirlə bağlandığı müəyyən edilib.
Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.
Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı.
Məzarlıqdakı qəbirlərin birinci Qarabağ müharibəsi dönəmində həmin kənddə ermənilər tərəfindən girovluqda saxlanılan şəxslərə məxsus olduğu bildirilirdi. Məzarlıq Azərbaycan Respublikasi Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı ifadə və materiallar əsasında müəyyən edilib.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənovun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı – 1990-92-ci illərdə və ondan sonrakı illərdə də bizim 4 minə yaxın vətəndaşımız əsir, girov götürülüb və itkin düşüb. Yəqin ki, onların hamısı erməni qəsbkarları tərəfindən qətlə yetirilib.
Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra şahid ifadələri əsasında və ya qazıntı, təmir-tikinti işləri aparılarkən təsadüfən belə sümük qalıqlarına rast gəlinir.
Həsənov qeyd edib ki, Edilli kəndində ermənilər Azərbaycan əsirləri üçün xüsusi yer ayırıb və kütləvi şəkildə onları basdırıblar. Hazırda burada qazıntı işləri davam etdirilir. Bütün qalıqlar səliqə ilə xüsusi qablara yığılaraq götürülür və hər biri ayrı-ayrılıqda ekspertizaya cəlb ediləcək:
"Hər bir qalıq nömrələnəcək, cinsi, yaşı, boyu, ölüm səbəbi, ölümün müddəti, ölümün mexanizmi müəyyən ediləcək. Daha sonra genetik ekspertiza aparılacaq və genetik profil çıxarılacaq. İtkin düşmüş şəxslərin yaxın adamlarından 3 nəfərdən genetik nümunələr götürülərək kimliyi dəqiqləşdiriləcək. Bu günə qədər ümumilikdə 25 nəfərin qalıqları tapılıb".
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova Edillidə kütləvi məzarlıqlarla bağlı üç sahənin aşkarlandığını qeyd edib.
O bildirib ki, meyit qalıqları Azərbaycan hərbçilərinə aiddir:
"Meyit qalıqlarının başları sağa-sola, önə doğru əyilmiş vəziyyətdədir. Onların üzərində paltarlar, ayaqlarında qara dəriyə bənzər çəkmələr var. Bundan başqa, sahələrdən kimlik sənədləri, iki ədəd bıçaq, siqaret kötükləri, güllə, patron və gilizlər aşkar olunub. Aşkar olunan skeletlərin belində kəmərlər var. Bu kəmərin üzərindəki paslanmış dəmir lövhədə çəkic, oraq və ulduz təsvirləri qeyd olunub".
Hüseynovanın sözlərinə görə, skelet sümükləri qablaşdırılaraq Hərbi Prokurorluğun qərarları ilə birlikdə müayinə üçün məhkəmə-tibbi kriminalistika şöbəsinə göndəriləcək. Daha dəqiq müayinələrə orada davam etdiriləcək.
Sputnik Azərbaycanın əməkdaşları oktyabrın 4-də Xocavənd rayonunun Edilli kəndində olublar və yeni aşkarlanan kütləvi məzarlığa baş çəkiblər. Buradakı mənzərəyə Sputnik Azərbaycan-ın fotomüxbirinin hazırladığı fotolentdən baxa bilərsiz.