AZƏRBAYCAN XƏBƏRLƏRİ

"Araz Vadisi İqtisadi Zonası"nda altı layihəyə baxılır: KAMAZ artıq iş başındadır

İlk rezident "KAMAZ Lizinq Azərbaycan" MMC artıq tikinti işlərinə başlayıb.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Hazırda Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında rezident olmaq üçün 30 milyon manatdan çox investisiya dəyərində 6 layihəyə baxılır.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazirin sözlərinə görə, bu layihələrin reallaşdırılması 400-dən çox daimi iş yerinin açılması deməkdir: "Sənaye Parkının ilk rezidenti "KAMAZ Lizinq Azərbaycan" MMC artıq tikinti işlərinə başlayıb. Bu gün Sənaye Parkının yaradılmasından 1 il keçir".
"Sahibkarlar üçün əlverişli investiya imkanlarına malik park regionun iqtisadi potensialının reallaşdırılması və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm mexanizmdir", - deyə o qeyd edib. (Report)
Xatırladaq ki, nazir daha öncəki çıxışlarında "Araz Vadisi İqtisadi Zonası"nın perspektivklərindən danışaraq bildirib ki, Ağdam Sənaye Zonası və Araz Vadisi İqtisadi Zonası azad edilən ərazilərin inkişafının sürətlənməsi üçün imkanlar yaradır.